Millimiz Cəbəllütariq, Şotlandiya və Malta yığmaları ilə qarşılaşacaq
Fevralın 16-dan 19-dək futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının Bakıda təlim-məşq toplanışı olacaq. Fevralın 20-dən 26-dək millimiz Maltanın Salino şəhərində keçiriləcək UEFA inkişaf turnirində iştirak edəcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, millimizin çıxış edəcəyi turnirin təqvimi açıqlanıb.

Millimiz fevralın 21-də Cəbəllütariq, iki gün sonra Şotlandiya, ayın 26-da isə Malta yığmaları ilə qarşılaşacaq.

Xəbər 696 dəfə oxundu.