Mingəçevirdə bədən tərbiyəsi müəllimlərinin iştirakı ilə təşkil olunan məşqçi kursuna yekun vurulub
AFFA və Təhsil Nazirliyi tərəfindən Mingəçevirdə orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin iştirakı ilə təşkil olunan D kateqoriyalı məşqçi kursuna yekun vurulub.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, fevralın 14-də iştirakçılara həm nəzəri, həm də praktiki dərslər keçirilib. Əvvəlcə müəllimlər Mingəçevir şəhərində yerləşən 10 nömrəli tam orta məktəbdə fiziki tərbiyə dərsində şagirdlərlə birlikdə praktiki məşqdə iştirak ediblər. AFFA-nın təlimçiləri iştirakçılara dərs müddətində məşqin hansı formada keçirilməsi haqqında müəyyən nümunələr göstəriblər. Bundan sonra şagirdlərlə məşq prosesinə start verilib, müəyyən təmrinlər yerinə yetirilib.

Praktiki məşqdən sonra iştirakçılara məşq vaxtı düzgün qidalanma və su içmək haqqında müəyyən məlumatlar verilib.

Kursun yekununda müəllimlərə diplomlar təqdim olunub.

Xəbər 955 dəfə oxundu.