Futzal üzrə Yüksək Liqanın XV turunun oyun cədvəli açıqlanıb
Futzal üzrə Yüksək Liqanın XV turunun oyun cədvəli açıqlanıb.

Qış fasiləsi fevralın 20-də başa çatacaq. Turun bütün oyunları “Olimpik Star”da keçiriləcək.

İlk görüş saat 12:00-da start götürəcək. “Premier Quba” komandası “Xızı”nı qəbul edəcək.

Tur çərçivəsində “Neftçi”–“Bakı”, “Marafon”–“Araz”, EKOL–“Baku Fire” və “Record club”–“Yasamal” oyunları təşkil olunacaq.

Xəbər 683 dəfə oxundu.