Stolüstü tennisçilərimiz Latviyada gənclər arasında beynəlxalq turnirdə iştirak edirlər
Fevralın 14-də Latviyanın paytaxtı Riqada gənclər arasında stolüstü tennis üzrə beynəlxalq turnir start götürüb.

yarışda ölkəmizi 6 idmançı təmsil edir. Belə ki, oğlanlar arasında Adil Əhmədzadə, Rüstəm Hacılı və Hüseyn Eylazov mübarizə aparırlar. Arzu Aslanova, Aylin Əsgərova və Mərziyyə Nurmətova isə qızlar arasında yarışırlar.

Turnir fevralın 16-dək davam edəcək.

AZƏRTAC

Xəbər 959 dəfə oxundu.