Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin növbəti iclası martda keçiriləcək
Martın 3-dən 5-dək İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsi (BOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək.

İclasda qarşıdan gələn Olimpiya oyunlarının Təşkilat komitələrinin, qurumun müxtəlif komissiyalarının hesabatları dinləniləcək, eləcə də BOK rəhbərliyinin fəaliyyəti ilə bağlı yeniliklər diqqətə çatdırılacaq.

Martın 3-də BOK İcraiyyə Komitəsinin iclasının ardınca qurumun nümayəndəsi Mark Adamsın mətbuat konfransı keçiriləcək.

Lozannaya gedə bilməyən media nümayəndələri mətbuat konfranslarını “Periscope” və “YouTube” vasitəsilə izləyə bilərlər.

AZƏRTAC

Xəbər 665 dəfə oxundu.