Azərbaycanın atletləri XXV Balkan çempionatında iştirak edəcəklər
Fevralın 15-də Azərbaycanın gənc atletləri İstanbulda keçiriləcək XXV Balkan çempionatında iştirak edəcəklər.

Turnirdə ölkəmizi İlham Abışov, Anna Yusupova, Rahim Məmmədov, Yelena Pextireva, Yekaterina Sarıyeva, Nazim Babayev və Rüstəm Məmmədov təmsil edəcəklər.

İdmançılarımız turnirdə qaçış (60 m, 3000 m) və tullanma (üçtəkanla, uzunluğa) yarışlarında mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirdə atletlərimiz federasiyanın baş katibi Məhərrəm Sultanzadənin rəhbərliyi ilə mübarizə aparacaqlar.

AZƏRTAC

Xəbər 935 dəfə oxundu.