Milli Olimpiya və Milli Paralimpiya komitələri arasında əməkdaşlığa dair memorandum imzalanıb
Fevralın 14-də Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komitələri arasında “Tokio-2020” Olimpiya və Paralimpiya oyunları çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandumu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov imzalayıblar.

Azərbaycanın Olimpiya və Paralimpiya tarixində ilk dəfə baş tutan belə bir rəsmi əməkdaşlıq əsasən “Tokio-2020”nin, həmçinin Olimpiadada və Paralimpiadada ölkəmizi təmsil edəcək komandaların birgə təbliğinə və təşviqinə xidmət edir. Memoranduma əsasən, marketinq, sosial media, könüllülük xidməti, komandalar üçün vahid idman geyim dəstinin hazırlanması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulur.

Xəbər 843 dəfə oxundu.