Burak Yılmaz Avropa yollarına baxır
«Trabzonspor»la Burak Yılmazın yolları ayrılır. Qolçu futbolçu baş məşqçi Şenol Güneşə Avropadan gələn təklifləri qiymətləndirmək istədiyini söyləyib. Burak Yılmazla «Atletiko», «Latsio» və «Roma» və daha bir sıra klublar maraqlanır. Xüsusilə də «Latsio»nun baş məşqçisi Petkoviç Burakı almağa çox israrlıdır.

İdman.com.az saytının məlumatına görə, «Trabzonspor» rəhbərliyi də getmək istəyən Burakı tutmaq üçün israrlı deyil. Ötən mövsüm vurduğu 33 qolla Superliqanın bombardiri olmuş Burak Yılmazın müqaviləsində 5 milyon avro qarşılığında sərbəst qalmaq maddəsi var.

Xəbər 1007 dəfə oxundu.