Sambo üzrə Azərbaycan birinciliyinin ikinci günündə gənc idmançılar mübarizəyə başlayıblar | |
Bakı İdman Sarayında keçirilən sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında ölkə çempionatı və birinciliyi davam edir. Fevralın 14-də - yarışların ikinci günündə gənc samboçular Azərbaycan birinciliyində medalları uğrunda mübarizəyə başlayıblar. Fevralın 15-də isə kişilər ölkə çempionatında güclərini sınayacaqlar. Qeyd edək ki, yarışların birinci günündə yeniyetmə samboçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib. Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda yarışır. |
|
Xəbər 1078 dəfə oxundu. |
|
|