İtaliya Futbol Federasiyası klublara oyunlarda VAR sisteminin tətbiqini tələb etmələrinə icazə verməyi planlaşdırır
İtaliya Futbol Federasiyası oyunlar zamanı yaranan mübahisəli epizodları izləmək üçün klublara videonəzarət (VAR) sisteminin tətbiqini tələb etmələrinə icazə verməyi planlaşdırır.

A Seriyası klublarının əksəriyyəti VAR sisteminin işindən narazı olduqları üçün belə bir təşəbbüs irəli sürüblər. Bu barədə yekun qərar fevralın sonunda Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) iclasında qəbul olunacaq.

FIFA-nın da İtaliya Futbol Federasiyasının bu təşəbbüsünü dəstəklədiyi bildirilir.

AZƏRTAC

Xəbər 661 dəfə oxundu.