“Rəvan”a yerli deyil, xarici məşqçi lazımdır
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov istefaya göndərilib. İdman.com.az saytının məlumatına görə, ötən mövsüm 2 müxtəlif vaxtda komandanın “sükanı arxası”nda olan çalışdırıcı vəzifəsindən kənarlaşdırılıb.

Həsənovu əcnəbi mütəxəssis əvəzləyəcək. Onun türkiyəli çalışdırıcı olacağı gözlənilir.
Qeyd edək ki, Həsənov “Rəvan”ın ötən mövsüm debüt etdiyi Premyer Liqada ilk baş məşqçisi kimi tarixə düşdü.

Xəbər 1469 dəfə oxundu.