Azərbaycan millisinin sabiq hücumçusu “Bayrampaşa” ilə müqavilə imzalayıb
Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Tuğrul Eratın yeni klubu müəyyənləşib.

Türkiyə birinci divizionunda çıxış edən “Fatih Karagümrük” komandası ilə yollarını ayıran futbolçu “Bayrampaşa” ilə müqavilə imzalayıb. Hücumçu yeni komandası ilə ilk məşqinə də çıxıb.

Qeyd edək ki, futbolçu əvvəllər Almaniyanın “Fortuna” və “Duysburq” klublarında çıxış edib.

Xəbər 663 dəfə oxundu.