Cüdo üzrə Azərbaycan millisi Parisdə təlim-məşq toplanışında iştirak edib
Cüdo üzrə Azərbaycan milli komandası Parisdə təlim-məşq toplanışında iştirak edib.

Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı, Fransa, Yaponiya, Koreya Respublikası, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları da qatılıblar. Parisdə təlim-məşq toplanışında ümumilikdə 80 ölkədən 700-dən çox cüdoçu iştirak edib.

Cüdoçularımız fevral və mart aylarında Almaniya, Mərakeş, Gürcüstan və Türkiyədə keçiriləcək beynəlxalq yarışlarda mübarizə aparacaqlar.

Xəbər 866 dəfə oxundu.