Praqada keçirilən şahmat festivalının ikinci turunda Nicat Abasovun rəqibi yerli idmançı olacaq
Fevralın 13-də Çexiyanın paytaxtı Praqada keçirilən şahmat festivalında ikinci turun partiyaları oynanılacaq.

Festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abasov növbəti turda niderlandlı Yorden van Forest ilə qarşılaşacaq.

Şahmatçımız birinci oyunda praqalı Van Nqyen ilə heç-heçə edib. On şahmatçının doqquz turda mübarizə apardığı turnir İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 711 dəfə oxundu.