Elxan Məmmədov: Baş vermiş bu hadisən kəskin şəkildə pisləyirik
İyunun 7-də AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da “Neftçi” və “Bakı” arasında “Kapital Bank U-15 Liqa”nın final oyununda baş verənlərə assosiasiya rəsmi münasibət bildirib. İdman.com.az saytının məlumatına görə, qurumun baş katibi Elxan Məmmədov “Neftçi” komandasının 1:0 hesablı qələbəsi ilə başa çatmış oyundan sonra hər iki klubun futbolçuları, inzibati işçiləri və bəzi rəhbər şəxslərinin iştirakı ilə baş verən kütləvi dava-dalaşa münasibət bildirib

O, AFFA-nın rəsmi saytına açıqlamasında günahkarların cəzalanacağını açıqlayıb: “Kapital Bank U-15 Liqa”nın final oyunundan sonra baş vermiş hadisələri kəskin şəkildə pisləyir və bunları futbola, idman prinsiplərinə qəti şəkildə yaraşmayan əməllər kimi dəyərləndirirəm. “Neftçi” və “Bakı” klubları arasında baş vermiş dava-dalaşda iştirak etmiş, günahkar olan futbolçular, inzibati işçilər və rəhbər şəxslərin hər biri AFFA-nın İntizam Komitəsi tərəfindən İntizam qaydalarının tələbləri çərçivəsində ən sərt şəkildə cəzalandırılacaqlar”.

Xəbər 1402 dəfə oxundu.