Yeniyetmə qılıncoynadanlarımız “Cader Circuit” turnirində iştirak ediblər
Yeniyetmə qılıncoynadanlarımız Polşanın Krakov şəhərində keçirilən “Cader Circuit” turnirində iştirak ediblər.

Şpaqaçılarımızdan ən yaxşı göstərici Nazilə Rəhimovaya məxsusdur. Qrup mərhələsini 4 qələbə ilə başa vuran təmsilçimiz pley-offda Kanada (15:14) və Ukrayna (15:11) şpaqaçılarına qalib gəlsə də, növbəti görüşündə Misir təmsilçisinə 14:15 hesabı ilə məğlub olub. N.Rəhimova yekun sıralamada 178 şpaqaçı arasında 22-ci olub.

Qrup mərhələsində keçirdiyi 5 görüşdən 2-də qələbə qazanan Azərin İdriszadə pley-offda Ukrayna idmançısına 12:15 hesabı ilə uduzub. Qrup mərhələsini 3 qələbə ilə bitirən Alfiyə Abdinova isə pley-offda ingiltərəli rəqibinə 4:15 hesabı ilə məğlub olub.

Oğlan şpaqaçıların yarışında Raul Aruslanov mübarizəni qrup mərhələsində dayandırıb.

Xəbər 992 dəfə oxundu.