Gənc stolüstü tennisçilərimiz Latviyada beynəlxalq turnirdə iştirak edəcəklər
Fevralın 14-dən 16-dək Latviyanın paytaxtı Riqada gənclər arasında stolüstü tennis üzrə beynəlxalq turnir keçiriləcək.

Yarışda ölkəmizi 6 idmançı təmsil edəcək. Belə ki, oğlanlar arasında Adil Əhmədzadə, Rüstəm Hacılı və Hüseyn Eylazov mübarizə aparacaqlar. Arzu Aslanova, Aylin Əsgərova və Mərziyyə Nurmətova isə qızlar arasında yarışacaqlar.

Xəbər 939 dəfə oxundu.