Çeyz Keri: Formula 1 Azərbaycan Qran-Prisinin bir çox faydaları var
Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçı ölkələrə mühüm faydaları var.

Bu sözləri Formula 1 şirkətlər qrupunun baş icraçı direktoru və sədri Çeyz Kerri fevralın 12-də Bakıda təşkil edilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

Ç.Keri bildirib ki, ölkənin gəlir götürməsi, Azərbaycanın dünyada təbliği və idmanın bu növünün inkişafı baxımından Formula 1 Qran-Prisi böyük önəm daşıyır. Liderlik və menecment komandasına sahib olması Bakının üstünlüyüdür. Küçə yürüşlərinin təşkili elə də asan deyil. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti təşkilatçı komanda olaraq bu işin öhdəsindən layiqincə gəlir. Eyni zamanda, bizim birgə əməkdaşlığımız da bəhrəsini verir.

Bu il 22 Qran-Prinin təşkil ediləcəyini xatırladan Formula 1 rəsmisinin sözlərinə görə, məqsəd uzunmüddətli tərəfdaşlığa nail olmaqdır: “Təqvimdə dəyişiklik qaçılmazdır. Eyni zamanda, uğurlu şəkildə genişlənmə olmalıdır. Elə bir yer seçməliyik ki, azarkeşlər baxımından münasib olsun. Bakı bu baxımdan bizim üçün ideal məkandır”.

AZƏRTAC

Xəbər 812 dəfə oxundu.