FHN-in Gəncə Regional Mərkəzində çoxnövçülük yarışı keçirilib
Fevralın 10-11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin əməkdaşları arasında çoxnövçülük üzrə yarış keçirilib.

Yarışda FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları beş növdə - hündürlüyə və uzununa tullanma, nüvəitələmə, 100 və 1000 metr məsafələrə qaçış yarışlarında mübarizə aparıblar.

Yarışlar Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbinin bazasında keçirilib. Mərkəzin Xüsusi Xilasetmə Hissəsinin “İkinci növbə” komandası yarışda birinci yerə layiq görülüb.

Qaliblər fəxri fərman və hədiyyələrlə təltif edilib.

Xəbər 857 dəfə oxundu.