Azərbaycan İranda keçiriləcək “Caspian Cup” şahmat festivalının hər üç turnirində təmsil olunacaq
Fevralın 12-də İranın Rəşt şəhərində 18-ci “Caspian Cup” şahmat festivalı başlayacaq. Şahmatçılar festivalda A (masters), B (U1800) və C (U14) turnirlərində mübarizə aparacaqlar.

Festivalın güclü A turnirində şahmatçılarımızdan Misrəddin İsgəndərov, Vüqar Rəsulov, Azər Mirzəyev, Kənan Əhədzadə, Süleyman Süleymanlı, Şahin Vəliyev, Habil Cavadov, İsmayıl Qurbanov, Xatun Bağırova mübarizə aparacaqlar. İki yüzə yaxın şahmatçının mübarizə aparacağı turnirin reytinq favoriti şahmatçımız M.İsgəndərovdur.

Jalə Babazadə festivalın B turnirində gücünü sınayacaq. C turnirində isə Leyla Budaqova, İbrahim Bağırov, Nihad Hüseynov, Hüseyn Əsədov, Mirmehdi Səlifli, İlqar Həşimov, Əsna Babayeva, Nihad Sultanov çıxış edəcəklər.

Doqquz turdan ibarət festival İsveçrə sistemi üzrə keçiriləcək.

Xəbər 681 dəfə oxundu.