Gənc qılıncoynadanımız Bolqarıstanda dünya kuboku turnirində mübarizə aparıb
Sablya üzrə milli komandamızın üzvü Aysel Əhədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclər arasında dünya kuboku turnirində iştirak edib.

Qrup mərhələsində keçirilən altı görüşdən üçünü qələbə ilə başa vuran idmançımız pley-offda fransalı Luiza Kleyni 15:14 hesabı ilə məğlub edib. A.Əhədova onaltıdabir finalda İspaniya təmsilçisi Maria Venturaya 6:15 hesabı ilə uduzub.

Turnirdə 21 ölkədən 100 idmançı mübarizə aparıb.

Xəbər 873 dəfə oxundu.