Avro-2012: İştirakçı və namizəd Azərbaycan
2012-ci il Avropa futbol çempionatı, həmişəki kimi, yarış təşkilatçısının müəyyən edilməsi ilə başladı. «idman.com.az» bildirir ki, mübarizənin lap əvvəlində siyahıda Azərbaycanın da adı var idi. AFFA-nın rəqibləri Rusiya, Rumıniya, Yunanıstan, Türkiyə, İtaliya, Xorvatiya-Macarıstan cütlüyü və hazırkı təşkilatçılar idilər. Ölkəmiz və daha iki ölkə ilkin attestasiya mərhələsini keçmədi. UEFA səsvermə yolu ilə iki ölkəni də (Yunanıstan-2 səs və Türkiyə-6) yarışdan kənarlaşdırdı. Yarışda İtaliya (11 səs), Xorvatiya-Macarıstan (9) və Polşa-Ukrayna (7) qaldılar. Həlledici raundda xorvatlarla macarlar heç səs toplamadılar və maraqlıdır ki, gözlənilmədən polyaklarla yukraynalılar İtaliyanı geridə qoydular (8 səs 4 səsə qarşı).

Ölkəmizin də qoşulduğu seçmə mərəhələdə 52 komanda iştirak etdi. Təşkilatçılar istisna olmaqla, yerdə qalanlar 2010-cu il avqustun 11-dən 2011-ci il noyabrın 15-ə qədər davam edən seçmə yarışlar mübarizəsinə qoşuldular. 149 oyun keçirildi və 391 qol (orta hesabla hər oyuna 2,62 qol) vuruldu. 12 qolla holland Klaas Yan Hüntelaar ən məhsuldar oyunçu kimi qalib gəldi. Yekunda finallara yalnız təcrübəlilər, yəni əvvəllər də bu mərhələd iştirak etmişlər vəsiqə qazandılar. Maraqldır ki, yeganə debütant təşkilatçılardan biri Ukraynadır.

Səsvermədə iştirak edənlər: Mişel Platini (Fransa), Gerhard Mayer-Forfelder (Almaniya), Şenes Erzik (Türkiyə), Per-Ravno Omdal (Norveç), Anhel Mariya Vilyar Lyona (İspaniya), Ceffri Tompson (İngiltərə), Mettyu Sprengers (Niderland), Marios Lefkaritis (Kipr), Cozef Mifsud (Malta), Jilbertu Madail (Portuqaliya), Mirça Sandu (Rumıniya) və Vyaçeslav Koloskov (Rusiya).
Avro-2012 iyunun 8-də Polşa – Yunanıstan dueli ilə start göitürür və və iyulun 1-də yekunlaşacaq.

Xəbər 1085 dəfə oxundu.