Atletimiz yeniyetmələr arasında keçirilən Balkan çempionatında gümüş medal qazanıb
Azərbaycan atleti Rüstəm Məmmədov İstanbulda keçirilən 20 yaşadək idmançılar arasında IV Balkan çempionatında gümüş medal qazanıb.

Atletimiz üç təkanla tullanma növündə 15,36 metr nəticə göstərərək ikinci yeri tutub.

Turnirdə atletlərimiz yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Nazim İsrafilovun rəhbərliyi altında mübarizə aparırlar.

Xəbər 859 dəfə oxundu.