“Sumqayıt” klubunun yarımmüdafiəçisi Premyer Liqanın XVI turunun ən yaxşı futbolçusu seçilib
Fevralın 10-da Azərbaycan Premyer Liqasının XVI turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XVI turunun ən yaxşı futbolçusu “Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfov seçilib. “Zirə” klubuna qarşı görüşdə 90 dəqiqə meydanda olan futbolçu komandasının qələbə topunu vurub (2:1). Araşdırmalara əsasən, Xəyal Nəcəfov turun ən yaxşı indeksə malik futbolçusudur.

Futbolçu XVI turun rəmzi komandasında da yer alıb. Həftənin ən yaxşı futbolçusu və rəmzi komandası “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.

Xəbər 668 dəfə oxundu.