Azərbaycan güləşçisi Avropa çempionatında Bolqarıstanı təmsil edən erməni idmançıya qalib gəlib
Fevralın 10-da Romada güləş üzrə Avropa çempionatında pəhləvanımız Sənan Süleymanov səkkizdəbir final mərhələsinə yüksəlib.

Birinci yarış günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparırlar.
Güləşçimiz Sənan Süleymanov ilk görüşdə Bolqarıstanı təmsil edən erməni idmançıya qalib gəlib.

İslam Abbasov (87 kq) birinci mərhələdə yanvarda Fransa Qran-Prisində məğlub olduğu Kiril Maskeviç ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə həmyerlimiz belaruslu rəqibindən revanş alıb.

Bu gün, həmçinin yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) də mübarizəyə qoşulacaqlar.

Xəbər 890 dəfə oxundu.