Karateçilərimiz Avropa çempionatında rekord nəticə qazanıblar
Yeniyetmə və gənclərdən ibarət Azərbaycan seçmə komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilən növbəti Avropa çempionatında ötən illərdəki göstəricilərini yeniləyərək, rekord nəticə qazanıb.

16-17 yaşlı gənclərin yarışının ikinci günündə Sultan Hüseynov (55 kq, şəxsi məşqçisi Rəşad Hüseynov), Fərid Ağayev (76 kq, şəxsi məşqçisi Namiq Pirverdiyev) və Osman Osmanlı (76 kiloqramdan yuxarı, şəxsi məşqçisi Rövşən Allahverdiyev) qızıl medal qazanıblar. Ayla Rzazadə (59 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) gümüş, Əminağa Quliyev (61 kq, şəxsi məşqçisi Elnur Həsənov) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, bundan əvvəl - yarışların birinci günündə 14-15 yaşlı yeniyetmələr arasında Fərid Savadov (57 kq) birinci yeri tutub.

Hazırda Azərbaycan karateçiləri 52 ölkə arasında ümumi komanda hesabında Türkiyədən sonra 2-ci yeri tuturlar (4 qızıl, 1 gümüş və 1 bürünc medal).

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası idarə heyətinin üzvü Yaşar Bəşirov fərqlənən idmançıların mükafatlandırılma mərasimində iştirak edib.

Xəbər 857 dəfə oxundu.