“Qarabağ” - “Neftçi” matçı qolsuz heç-heçə ilə başa çatıb
Fevralın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna “Qarabağ” – “Neftçi” matçı ilə yekun vurulub.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada qapılara top vurulmayıb.
Xatırladaq ki, XVI turun digər oyunlarında “Sabah” doğma meydanda “Qəbələ”ni (3:2), “Səbail” səfərdə “Keşlə”ni (0:1), “Sumqayıt” isə ev oyununda “Zirə” komandasını (2:1) məğlub edib.
Hazırda turnir cədvəlinə 35 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 27 xal olan “Neftçi” klubu ikinci, 26 xalı olan “Keşlə” isə üçüncü pillədə qərarlaşıblar. Digər pillələrdə “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (16), “Səbail” (15) və “Qəbələ” (13) yer alıblar.


Xəbər 712 dəfə oxundu.