Hanoyda Formula 1 trasının tikintisi davam edir
Formula 1 çempionatının aprelin birinci həftəsonuna planlaşdırılmış Vyetnam Qran-Prisinə 2 aydan az vaxt qalır. Koronavirusun yayılması ilə bağlı həyəcanlı vəziyyətə baxmayaraq, Hanoyda yürüşlərə hazırlıq tam sürətlə gedir.

Yanvarın ortalarında təşkilatçılar boks komplekslərinin tikintisinin başa çatması barədə hesabat veriblər. Bu gün isə onlar işlərin gedişatı barədə daha bir neçə fotoşəkil dərc etməklə, hər şeyin qrafik üzrə getdiyini təsdiqləyiblər.

“İki aydan az bir müddət qaldı. Boks komplekslərinin binası hazırdır, ərazi abadlaşdırılıb. Tezliklə biz Formula 1 təqvimində ən yeni trası açacağıq. Komandamız qrafikə tam uyğun olaraq yorulmadan çalışır. Hanoyda, Birinci Vyetnam Qran-Prisində görüşərik”, - deyə şəkillərə verilən şərhlərdə bildirilir.


Xəbər 815 dəfə oxundu.