Yeniyetmə cüdoçular arasında paytaxt birinciliyinin qalibləri müəyyənləşib
Hövsan Olimpiya İdman Mərkəzində 13 yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər birinciliyinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 62 komandanın heyətində 718 cüdoçu mübarizə aparıb.
Birinciliyin qaliblərinə diplom və medallar təqdim olunub.

Xəbər 874 dəfə oxundu.