Atletika üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Respublika Olimpiya Mərkəzində 2003-2004-cü il təvəllüdlü atletlər arasında atletika üzrə Azərbaycan birinciliyi davam edir.

Çempionatın yarışların birinci günündə oğlanlar arasında nüvəitələmə yarışında Yusif Nəzərov, üç təkanla tullanmada Cabir Əliyev qalib adını qazanıb. Qızlar arasında üç təkanla tullanmada Aysel Mehrəliyeva birinci yerə layiq görülüb.

Qaçış növlərində oğlanların yarışlarında Aleksey Əliəkbərov (60 metr), Cavid Zeynallı (400 metr) və Mahmud Mehdiyev (1500 metr) birinci yeri tutublar. Qızların yarışında isə Bibixanım Qəmbərova (60 metr) qalib adını qazanıb.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionata bu gün yekun vurulacaq.

Xəbər 966 dəfə oxundu.