Azərbaycanın yeniyetmə karateçisi Avropa çempionatının qızıl medalını qazanıb
Budapeştdə keçirilən yeniyetmə və gənclər arasında 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatı davam edir.

14-15 yaşlı karateçilərin yarışında Fərid Savadov (57 kq) Avropa çempionu olub. Finala gedən yolda Monteneqro, Serbiya, Ukrayna və Kosovo təmsilçilərini məğlub edən idmançımız həlledici görüşdə polşalı dünya çempionuna qalib gələrək, nüfuzlu yarışın qızıl medalını qazanıb.
Digər yeniyetmə idmançılarımızdan Arina Bezrebra (+54 kq) və Həsənəli Həsənəliyev (kata) təsəlliverici mərhələnin bürünc medal uğrunda görüşündə qələbəni əldən veriblər.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası idarə heyətinin üzvü Yaşar Bəşirov fərqlənən idmançıların mükafatlandırılması mərasimində iştirak edib.
Yeniyetmə və gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatları fevralın 9-dək davam edəcək. Mötəbər qitə yarışında 52 ölkədən 1155 idmançı mübarizə aparır.


Xəbər 871 dəfə oxundu.