«Ağ-qaralar» 200 milyon dollar kredit götürür | |
Türkiyənin «Beşikdaş» futbol klubunun rəhbərliyi Orta Şərq regionunda yerləşən konsorsiumlardan birindən 200 milyon dollar kredit götürəcək. «idman.com.az»ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, klub bu borcu illik 0,2 faiz olmaqla 8 ilə ödəyəcək. Üstəlik, yaxın iki ildə «Qara qartal» heç bir ödəniş etməyəcək. Komandanın prezidenti Fikrət Orman bu maliyyə ilə 2014-cü ildə böyük layihələr həyata keçirmək niyyətiendədir. Amma bundan əvvəl komandanın artıq vaxtı keçmiş borcları ödənəcək. İlk növbədə, 8,75 faizlə alınmış 75 milyon dollarlıq kredit bağlanacaq. |
|
Xəbər 1006 dəfə oxundu. |
|
|