“Qara qaplan” idman klubunun karateçiləri “Zirvə” açıq birinciliyinin qalibi olublar
AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” beynəlxalq idman klublarının karate üzrə açıq “Zirvə” birinciliyi keçirilib.

Uşaq, yeniyetmə və gənclər arasında keçirilən turnirdə Bakı ilə yanaşı, Sumqayıt, Xaçmaz, Sabirabad, Gəncə, Şəki, Ağdaş və digər regionlardan 25-dən çox müxtəlif klub və cəmiyyətləri təmsil edən 400-ə yaxın idmançı iştirak edib.

Turnirdə komanda hesabında qalib adını 9 qızıl medalla “Qara qaplan” idman klubunun təmsilçiləri qazanıblar. İkinci və üçüncü yerləri “Zirvə” (5 qızıl medal) və “Fərasət” (4 qızıl) idman klublarının təmsilçiləri tutublar.

Xəbər 863 dəfə oxundu.