Respublika Olimpiya Mərkəzində yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyinə start verilib
Fevralın 7-də Respublika Olimpiya Mərkəzində 2003-2004-cü il təvəllüdlü idmançılar arasında atletika üzrə Azərbaycan birinciliyinə start verilib.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən turnirdə qızlar və oğlanlar iştirak edirlər. Yarışda 9 komandadan 95 atlet birincilik uğrunda mübarizə aparır.

Çempionatda qaçışın 6 (60, 200, 400, 800, 1500, 4x200 metr) növü üzrə yarışlar keçirilir. Bundan başqa, atletlər tullanma və nüvəitələmə yarışlarında da qüvvələrini sınayırlar. Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Yarışa fevralın 8-də yekun vurulacaq.

Xəbər 948 dəfə oxundu.