Yeniyetmə karateçilərimiz və kata komandamız Avropa çempionatında mübarizəyə başlayır
Fevralın 7-də Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə və gənclər arasında 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatı start götürüb.

Yarışların birinci günündə kata komandamız və 14-15 yaşlı karateçilərimiz qüvvələrini sınayacaqlar. Yeniyetmələrdən Məhəmməd Xamoyev (52 kq), Fərid Savadov (57 kq), Rumil Cəfərli (63 kq), Vahid Həsənov (70 kq), Elgün İmanquliyev (70 kq-dan yuxarı), Aysu Əliyeva (47 kq), Suada Kərimova (54 kq), Arina Bezrebra (54 kq-dan yuxarı) çıxış edəcəklər. Kata yarışlarında Elcan Səmədzadə, Samirə Məmmədova (yeniyetmələr, 14-15 yaş), Həsənəli Həsənov, Zəhra Qurbanzadə (gənclər, 16-17 yaş) və Ceyhun İsmayılov (gənclər, 18-20 yaş) mübarizə aparacaqlar.

Yeniyetmə və gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatında 52 ölkədən 1155 idmançı iştirak edir.

Xəbər 869 dəfə oxundu.