Azərbaycanın iyirmi bir yaşadək futbolçulardan ibarət milli komandasının heyəti açıqlanıb
Fevralın 9-11-də Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.

Hazırlıq prosesinə “Qarabağ”dan 6, “Sabah”dan 5, “Qəbələ”dən 4, “Sumqayıt” və “Səbail”in hər birindən 3, “Neftçi”, “Zirə” və “Keşlə” klublarının hərəsindən bir futbolçu dəvət edilib.

Millimizin heyətində qapıçılardan Kamran İbrahimov (“Neftçi”), Əkbər Vəliyev (“Keşlə”), Nicat Mehbaliyev (“Qarabağ”) və Rüstəm Samiqullin (“Sabah”) yer alıblar. Komandaya müdafiəçilərdən Amin Seydiyev (“Qəbələ”), Turan Manafov, Murad Qayalı (hər ikisi “Səbail”), Nihad Tamazov (“Qarabağ”), Rauf Hüseynli (“Zirə”), Elçin Mustafayev və Arsen Ağcabəyov (hər ikisi “Sabah”) cəlb olunublar. Siyahıya yarımmüdafiəçilərdən İsmayıl İbrahimli, Toral Bayramov, Hacıağa Hacılı (“Qarabağ”), İdris İnqilablı, Rövlan Muradov, Samir Məhərrəmli (“Qəbələ”), Ədilxan Qarəhmədov (“Səbail”), Elvin Cəfərquliyev, Səbuhi Abdullazadə (“Sumqayıt”) və Şakir Seyidovun (“Sabah”) adları daxil edilib. Milli komandamızın təlim-məşq toplanışına hücumçulardan Ozan Can Kökcü (“Sabah”), Süleyman Əhmədov (“Sumqayıt”) və Musa Qurbanlı (“Qarabağ”) dəvət olunublar.

Xəbər 712 dəfə oxundu.