“Tokio 2020”nin Təşkilat Komitəsi koronavirusla mübarizə üçün işçi qrupu yaradıb
“Tokio-2020” Olimpiya Oyunlarının Təşkilat Komitəsi koronavirusun mötəbər yarışlara mənfi təsirinin qarşısını almaq məqsədilə işçi qrupunun yaradılmasına dair qərar qəbul edib.

Bundan əvvəl Yaponiyanın Baş Naziri Şinzo Abe hökumətin koronavirusun yayılması səbəbindən Tokio Yay Olimpiya Oyunlarını ləğv etmə ehtimalını müzakirə etməyəcəyini açıqlamışdı. Tokio Olimpiya və Paralimpiya oyunlarının təşkilinə məsul nazir Seyko Haşimoto isə Olimpiya Oyunları zamanı Dünya Səhiyyə Təşkilatı (DST) ilə yoluxucu xəstəliklərlə mübarizə tədbirlərini müzakirə etmək niyyətində olduğunu bildirib.


Xəbər 792 dəfə oxundu.