Bakıda bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda açıq turnir təşkil ediləcək | |
Aprelin 17-19-da Bakıda bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda açıq turnir təşkil ediləcək. Belə bir turnirin ölkəmizdə keçirilməsi ilə bağlı ideya 2019-cu ildə Bakının ev sahibliyi etdiyi dünya çempionatının səfiri çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı məşhur keçmiş rusiyalı gimnast Yana Batırşina ilə uğurlu əməkdaşlıqdan sonra yaranıb. Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, sayca 7-ci olan bu turnirə ölkəmiz ilk dəfə ev sahibliyi edəcək. Məhz bu il təşkil ediləcək yarış Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən beynəlxalq turnir kimi tanınıb. Turnirdə gənclər və daha kiçik yaş qruplarına daxil gimnastlar fərdi və qrup hərəkətləri proqramında çıxış edəcəklər. Qaydalara əsasən gənc gimnastlar çoxnövçülükdə və ayrı-ayrı alətlər üzrə finallarda yarışacaq və komanda hesabında qaliblər müəyyənləşəcək. Yaş qruplarında çıxış edəcək gimnastlar və qruplar isə öz aralarında təsnifatın nəticələrinə əsasən çoxnövçülükdə və ayrı-ayrı alətlər üzrə qalibləri müəyyənləşdirəcəklər. İlkin qeydiyyat siyahısına əsasən 11 ölkə yarışda iştirakını təsdiq edib. İştirakçı ölkələrdən olan Rusiyanın artıq 4 klubu qeydiyyatdan keçib. |
|
Xəbər 787 dəfə oxundu. |
|
|