AMPK-nın nəzdindəki uşaq Paralimpiya bölməsinə uşaqların qəbulu davam edir
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) nəzdindəki uşaq Paralimpiya bölməsinə idmanın müxtəlif növləri üzrə 6-16 yaş qruplarına uşaqların qəbulu davam edir.

Bölmələrə cüdo (görmə məhdudiyyətli), atletika ( görmə məhdudiyyətli, uşaq serebral iflici, aşağı ətrafların atrofiyası və ya amputasiyası), taekvondo (yuxarı ətrafların atrofiyası və amputasiyası), üzgüçülük (görmə məhdudiyyətli, aşağı və yuxarı ətrafların atrofiyası və ya amputasiya, uşaq serebral iflici, boy inkişafından qalma), boccia (uşaq serebral iflici, miopatiya), stolüstü tennis (uşaq serebral iflici), pauerliftinq (aşağı ətrafların atrofiyasıvə ya amputasiyası, boy inkişafından qalma) və qolbol (görmə məhdudiyyətli) üzrə qəbul elan edilib.

AMPK-nın nəzdində Uşaq Paralimpiya Komitəsi 2013-cü ildə yaradılıb. Bu komitənin yaradılmasında məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, fiziki məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.


Xəbər 857 dəfə oxundu.