Bu gün futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinə start veriləcək
Bu gün futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/16 final mərhələsinə start veriləcək.

Üç günü əhatə edəcək mərhələnin oyunları Bakı İdman Sarayında keçiriləcək.

Mərhələnin birinci günündə “Star karqo”–“Star karqo-2”, “Yasamal-2”–“Yurd”, “Red Line”–“Borçalı”, “Araz”–“Baker Huges” və “Marafon”–“Altay” görüşləri oynanılacaq.

Fevralın 7-də “Premier Quba”–“Bibi-Heybət”, “Bakur Fire”–“Advokat”, “Neftçi”–“Gənclik”, “Record club”–“Hövsan”, “Baku Fans”–“Zəngilan”, ertəsi gün “Forza Neftçi”–“Badamlı”, “Bakı”–“Nəqşicahan”, EKOL–NTD, “Yasamal”–“Atletiko Baku”, “Standard”–“Dalğa” və “Xızı”–“Baker Tilly” oyunları təşkil olunacaq.

Xəbər 756 dəfə oxundu.