Formula 1 Çin Qran-Prisinin vaxtı dəyişdirilə bilər
Koronavirusun yayılması ilə əlaqədar Formula 1 yarışlarının Çində keçiriləcək Qran-Pri mərhələsinin vaxtı dəyişdirilə bilər.

Bunu “Motorsport” portalına Formula 1-in idman direktoru Ross Braun deyib.

Qeyd edib ki, apreldə Çində yarışları təşkil etmək mümkün olmasa, turnir təxirə salınacaq və onun keçirilmə vaxtı dəyişdiriləcək. Formula 1-in Çin mərhələsi aprelin 17-dən 19-dək keçiriləcək.

Bundan əvvəl Formula E çempionatının Çin mərhələsinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.


Xəbər 782 dəfə oxundu.