Futzal üzrə dünya çempionatının elit-raund mərhələsinə yekun vurulub
Futzal üzrə dünya çempionatının elit-raund mərhələsinə yekun vurulub.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, öz qruplarının qalibi olan İspaniya, Portuqaliya, Rusiya və Qazaxıstan mundiala birbaşa vəsiqə qazanıblar.

Qalan iki vəsiqəni isə pley-off mərhələsində üz-üzə gələcək Xorvatiya-Çexiya və Serbiya-Finlandiya cütlüklərinin qalibi müəyyənləşdirəcək.

Elit-raund mərhələsində mübarizə aparan Azərbaycan millisi Xorvatiya komandasına 0:2 hesabı ilə məğlub olub. Rusiya yığmasına 4:3 hesabı ilə qalib gələn millimiz Slovakiya seçməsi ilə heç-heçə edib – 3:3. Qrupda üçüncü olan millimiz mübarizəni dayandırıb.

Xəbər 695 dəfə oxundu.