Koronavirus “Tokio 2020”-nin hazırlıq tempinə təsir göstərə bilər
Koronavirus “Tokio 2020” Yay Olimpiya Oyunlarının hazırlıq tempinə təsir göstərə bilər.

Azsport.az saytı xarici KİV-lərə istinadən bu barədə olimpiadanın Təşkilat Komitəsinin rəhbəri Tosiro Muto bildirib. O, koronavirusun "Tokio-2020"nin hazırlığını ləngidə biləcəyini deyib: "Mən buna görə narahatam. Ümid edirəm ki, bu problemi ən qısa zamanda həll edəcəyik".

Paralimpiya komitəsinin rəhbəri Kreiq Spens isə oyunlara kimi aidiyyəti qurumların, xüsusən də Yaponiya və Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətin aradan qaldırılması üçün bütün lazımi tədbirləri görəcəklərini bildirib.

Qeyd edək ki, "Tokio-2020" 24 iyul - 9 avqustda, paralimpiada isə 25 avqust - 6 sentyabrda olacaq. Çində koronavirusa yoluxanların sayı 17205 nəfərə, ölənlərin sayı 361-ə çatıb






Xəbər 819 dəfə oxundu.