Hövsan Olimpiya İdman Kompleksində kunq-fu üzrə Bakı çempionatı keçiriləcək
Fevralın 23-də Hövsan Olimpiya İdman Kompleksində Xocalı soyqırımına həsr olunmuş yeniyetmələr, gənclər və böyüklər arasında kunq-fu idman növü üzrə Bakı çempionatı keçiriləcək.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Kunq-Fu Federasiyasının təşəbbüsü ilə keçiriləcək yarışa 25 komandadan 330 idmançı qatılacaq.

Qeyd edək ki, yarışın qalibləri Baş İdarə və federasiya tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Xəbər 1004 dəfə oxundu.