Formula 1 pilotlarının 2020-ci ildəki məvaciblərinin məbləği açıqlanıb
Formula 1 pilotlarının 2020-ci ildəki məvaciblərinin məbləği müəyyənləşib.

“Mercedes” komandasının britaniyalı pilotu Luis Hamiltonun cari ildəki məvacibi 50 milyon avro olacaq. “Red Bull Racing” komandası ilə çoxillik müddətə müqavilə imzalayan Maks Ferstappenin bu il üçün məvacibi 40 milyon avro təşkil edəcək. Bundan başqa, “Ferrari” komandasının pilotu Sebastian Fettel də eyni məbləğdə məvacib alacaq. Bu göstərici üzrə ilk beşliyi “Renault” komandasının pilotu Daniel Rikkardo (18 milyon) və “Ferrari”nin sürücüsü Şarl Lekler (9 milyon) tamamlayırlar.

AZƏRTAC


Xəbər 984 dəfə oxundu.