Pankration, grappling və MMA üzrə açıq Bakı çempionatı keçirilib
Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Pankration, Grappling və MMA Federasiyasının birgə təşkilatçılığı ilə pankration, grappling və MMA üzrə açıq paytaxt çempionatı keçirilib.

Yarışda Bakı və bölgələrdən 30-dan çox klub və cəmiyyəti təmsil edən 400-dən çox idmançı mübarizə aparıb.

Yarışın qalibləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 1420 dəfə oxundu.