Azərbaycan millisinin sabiq üzvü Latviya klubu ilə müqavilə imzalayıb
Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü Vüqar Əsgərov yeni klubla müqavilə imzalayıb.

Futbolçumuz Latviyanın “Dauqavpilos” komandası ilə birillik müqavilə bağlayıb. V.Əsgərov daha əvvəldə bu komandanın heyətində çıxış edib.

Qeyd edək ki, futbolçunun sonuncu klubu digər Latviya komandası “Liepaya” olub.

Xəbər 704 dəfə oxundu.