Beynəlxalq Voleybol Federasiyası milli komandaların reytinq siyahısını açıqlayıb
Beynəlxalq Voleybol Federasiyası (FIVB) milli komandaların reytinq siyahısını açıqlayıb.

Azərbaycan yığmaları da bu siyahıda yer alıblar.

Qadınlardan ibarət millimiz dünyanın 22-ci komandası olaraq ötənilki mövqeyini qoruyub. Yığmamızın hesabında 33 xal var.
Çin millisi 320 xalla siyahıya başçılıq edir. ABŞ 266 xalla ikinci, Serbiya 252 xalla üçüncüdür.

Kişilərdən ibarət Azərbaycan yığmasının isə cəmi 7 xalı var. Komandamız dünyada 65-cidir. Voleybolçularımız ötənilki mövqeyini qoruya bilib.

Cədvəlin ilk üç pilləsində Braziliya (335 xal), ABŞ (280) və Polşa (272) qərarlaşıblar.


Xəbər 841 dəfə oxundu.