FIBA “Qadın basketbolu” mövzusunda foto müsabiqəsi elan edib
Beynəlxalq Basketbol Federasiyası (FIBA) idman jurnalistləri arasında “Qadın basketbolu” mövzusunda foto müsabiqəsi elan edib.

Bu barədə müsabiqənin saytına (photocontest.fiba.basketball/en/) istinadla Azərbaycan İdman Jurnalistləri Federasiyası məlumat yayıb.

Müsabiqənin qalibinə 3000 İsveçrə frankı (5233 manat) məbləğində pul mükafatı veriləcək. İkinci və üçüncü yerlərə layiq görülən fotoların müəllifləri müvafiq olaraq, 2000 (3488 manat) və 1000 (1744 manat) İsveçrə frankı məbləğində pul mükafatları ilə təltif ediləcəklər. Həmçinin 4-10-cu yerlərə layiq görülənlərə FIBA-nın lisenziyalı məhsulları hədiyyə olunacaq.

AZƏRTAC

Xəbər 669 dəfə oxundu.