Mas-reslinq üzrə Bakı kuboku turnirində 100-ə yaxın idmançı iştirak edəcək
Fevralın 22-də Abşeron Olimpiya İdman Kompleksində mas-reslinq üzrə Bakı kuboku turniri keçiriləcək.

Paytaxt kuboku yarışında 100-ə yaxın idmançı iştirak edəcək. Yarışda kadetlər, yeniyetmələr, gənclər və böyüklər qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Mas-reslinq Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar.


Xəbər 662 dəfə oxundu.